Çillə axşamı idi. Qoca Balıq dəryanın
dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl
danışırdı:
–Biri var idi, biri yox idi, bir
Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda
yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla
anasının bir qara daşın dalında, yosunların arasında evləri var
idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb
üzür, hərdən başqa balıqlara qoşulub sür’ətlə balaca bir yerdə
gəzişir və geri qayıdırdılar. Qara Baliq anasının bircəsi idi.
Bir neçə gün idi ki, o, fikrə dalır ,
az danışırdı. könülsüz və tənbəl- tənbəl o tərəf-bu-tərəfə
gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı.
Anası əvvəlcə elə bilirdi ki, sadəcə olaraq balasının kefi
yoxdur, bu kefsizlik tezliklə keçib gedəcəkdir. Lakin... Demə,
Balaca Balığın dərdi varımış...
Bir gün səhər tezdən, günəş doğmamış,
Balaca Balıq anasını yuxudan oyadıb:
–Anacan, –dedi, sənə bir neçə kələmə
sözüm var.
–Eh, sən də vaxt tapdın! Danışmağı
sonraya saxla. Yaxşı olar ki,gəzməyə çixaq, –deyə AnaBaliq
gözlərini ovuşdurdu və əsnədi.
–Yox, anacan, mən daha belə gəzməyi
istəmirəm. Gərək burdan gedəm, –deyə Balaca Balıq e’tiraz etdi.
Anası heyrətlə ona baxıb soruşdu:
–Doğurdan getmək istəyirsən?
–Bəli, anacan, hökmən getməliyəm!
–Axı, alaqaranlıqda hara getmək
istəyirsən?
–Istəyirəm, gedim görüm, arx harada
qurtarır.Bilirsənmi, anacan,uzun müddətdir ki, fikirləşirəm,
görəsən arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ
bilməmişəm.
Dünən gecədən gözümü yummayıb hər şeyi
götür- qoy etmişəm. belə qərarə gəlmişəm ki, özüm gedib arxın
qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə
yox...
–Mən də uşaq olanda belə fikirlərə
düşmüşəm, balacan! Arxın nə əvvəli var , nə axırı. Elə gördüyün
nə varsa odur. Arx həmişə axır və qurtarmır.
–Yox anacan, belə deyil. Hər şeyin
axırı var.
Məsələn, gecə sona çatır, həftə, ay,
il... Məgər bunların sonu olmur?
Balaca Qara Balığın qızışdığını və dil
ağıza qoymayıb danışdıqını görən ana Balıq dedi:
–Boş-boş sözləri bir kənara qoy, dur
gəzməyə çıxaq. Indi danışmaq yox , gəzib dolanmaq vaxtıdır.
–Yox, ana, mən belə gəzintilərdən
yorulmuşam. Burdan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu
bilmək istəyirəm. Birdən elə bilərsən ki, bunları mənə kimsə
öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə,
ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm
ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən
gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər.
Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə o yan-bu yana
gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir,
yoxsa başqa dünya da mövcuddur?
–Balaca, dəli olubsan? Dünya! Dünya! O
başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadir ki, biz
yaşyırıq, həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir!
Bu zaman iri bir balıq onların evinə
yaxınlaşdı :
–Qonşu, –dedi,–uşaqla nəyin üstündə
belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?
Ana Balıq qonşunun səsini eşidib cavab
verdi:
–Gör, zəmanə necə dəyişib?! Uşaqlar öz
analarına cib-cib öyrətməyə başlayıblar.
–Necə məgər? –deyə qonşu iri Balıq
soruşdu.
–Gör bu cırtdan haralara getmək
istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr
olur? nə bilim, axmaq - axmaq sözlər!
Qonşu iri Balıq:
–Balaca,–dedi,–de görüm sən nə vaxtan
belə filosof və alim olubsan ki, bizim xəbərimiz yoxdur?
Balaca Balıq dedi:
–Xanım mən bilmirəm siz alim, filosof
nəyə deyirsiniz? Hərgün təkrar olunan cansıxıcı gəzintilərdən
cana doymüşam. Belə yorucu həyatı daha davam etdirmək istəmirəm.
Istəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam,
özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam.
Qonşu Balıq:
–Vay,–dedi,–gör bu nələr danışır ?!
Ana Balıq dilləndi :
–Heç düşünməzdim ki, bir dənə uşağım
ola, o da belə çıxa! Bilmirəm, balamın qulağını kim doldurub...
Balca Balıq dedi:
–Heç kəs mənim qulağımı
doldurmayıb.Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də
gözüm var!
Qonşu Balıq Balaca Balığın anasına
dedi:
–Bacı o pıç-pıç danışan Ilbız
yadındadırmı?–Yaxşı yadıma saldın, yadımdadır! Tez-tez uşağımın
yanına gələrdi. Görüm onu gorbagor olsun!
Balca Balıq dedi:
–Bəsdir, ana! O, mənim dostom idi!
–Balıqla Ilbizin dostluğunu
eşidməmişdik, bunu da eşitdik!
Balca Balıq :
–Mən də balıqlarla Ilbizin
düşmənçiliyini eşidməmişdim! Amma siz o biçarənin başını
yediniz!–dedi.
Qonşu dilləndi:
–Bu, keçmişin söhbətidir
–Keçmişi siz özünüz yada saldınız!
Anası dedi:
Elə ölməli idi! Məger oturub-durub
nələr danışdıqları yadından çıxıb?!
–Onda məni də öldürün! Çunki mən də
onun dediklərini deyirəm,–deyə Balca Balıq gileyləndi.
Axır ki, nə başinizi ağrıdım,
səs-küyün sədası başqa balıqları da oraya çəkib gətirdi. Balca
Balığın sözləri hamını əsəbiləşdirmişdi. Qoca balıqlar bir-bir
söhbətə qarışıb Balca Balığa acıqlandılar:
–Elə düşünürsən ki, sənə rəhm edərik?!
–Bir qulaqburması bəsdir!
Balca Qara Balığın anası onlara
müqavimət göstərdi:
–Kənara çəkilin! Uşağıma toxunmayın!
Bu zaman balıqlardan bir başqası Balca
Balığın anasına dedi:
–Xanım, uşağını lazımınca
tərbiyələndirmədiyin üçün əzab çəkməlisən!
Qonşu Balıq sözə başladı:
–Sizinlə qonşu olduğuma xəcalət
çəkirəm!
Başqa bir balıq dilləndi:
–Nə qədər ki, bu məl’unun işi...
Göndərək qoca Ilbizin yanına.
Balıqlar Balca Balığı tutmaq
istədilər. Dostları onu təhlükədən uzaqlaşdırdılar. Anası baş
gözünə döyür, ağlayır və deyirdi:
–Allah, sən saxla! Uşağım əlimdən
gedir. nə edim?Başıma haranın daşını salım.?
Balca Balıq dedi:
–Anacan, mənim üçün ağlama, geridə
galmış bu qoca balıqların halına ağla.
Balıqlar yerbəyerdən çığırdılar:
–Təhqir eləmə!
–Get! sonra peşman olsan, daha bizdən
incimə!
–Bunlar cavanlıq əlamətidir. Getmə!
–Buraların nəyi pisdir?!
–Başqa dünya yoxdur! Dünya elə
gördüyün bu dünyadan ibarətdir. Qayıt!
–Ağlını başına yığıb getməkdən imtina
etsən, onda bilərik ki, doğurdan da başa düşən bir balıqsan!
–Biz sənə öyrəşmişik, getmə!
Ana Balıq doluxsunaraq dilləndi:
Mənə rəhmin gəlsin, bala! getmə!
Balca Balıq onların dediklərinə e’tina
etmədən uzaqlaşdı. Həmyaşıdlarından bir neçəsi onu arxın
gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndülər. Balaca
Balıq dostlarından ayrılarkən dedi:
–Görüşənə qədər, dostlar! məni
unutmayın!
Dostlar:
–Heç unudarıqmı? sən bizi qəflət
yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da
girməzdi. Görüşünə qədər, ağılı və cəsur dost!–dedilər.
Balca Balıq şırrınnan aşağı sürüşüb
arxa nisbətən suyu çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü
itirdi. Sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balca Balıq
bu vaxtadək bu qədər suyun bir yerə yığışdıqını görməmişdi. Suda
minlərlə çömçəquyruq gəzirşirdi. Balca Balığı görən kimi onu
məsxərəyə goydular:
–Bir bunun təhər-tövrünə bax! Sən nə
məxluqsan?!
Balca Balıq ani olaraq fikirləşib:
–Xahiş edirəm təhqir
etməyin,–dedi,–mənim adım Balca Balıqdır. Siz də adınızı deyin,
tanış olaq!
Çömçəbalıqlardan biri dedi:
–Biz bir-birrimizi " Çömçəquyruq "
çağırırııq.
O biriləri yerdən dedilər:
–Əslimiz, nəcabətimiz var.
–Dünyada bizdən gözəli tapılmaz!
Sənin kimi yöndəmsiz deyilik!
Balaca Balıq onlara belə cavab verdi:
–Sizin bu qədər xudpəsənd olduğunuzu
bilmirdim. Amma nadanlıq üzündən belə danışdığınız üçün sizi
bağışlayıram.
Çömçəquyruqlar səsləndilər:
–Deməli biz nadanıq?
–Nadan olmasaydınız başa düşərdiniz
ki, hər kəs üçün öz təhər-tövrü xoşdur. Allaha şükür, sizin heç
adınız da özünüzünkü deyil.
Çömçəquyruqlar əvvəl əsəbiləşdilər.
Sonra Balaca Balığın haqlı olduğunu görüb sözlərini dəyişdilər.
–Sən özünü nahaq yerə
yorusan,–dedilər,–biz səhərdən axşama qədər dünyanı gəzirik,
amma özümüzdən, ata və anamızdan, saysız-hesabsız balaca
qurdlardan, böcəklərdən başqa heç kəsi görmürük.
Balaca Balıq soruşdu:
–Siz ki, gölməçədən qıraqa çıxa
bilmirsiniz, dünyanı gəzib dolanmakdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar təəccübləndilər:
–Məgər gölməçədən başqa da özgə dünya
var?
Bəs necə? özünüz fikirləşin, görün
yaşadıqınız su hardan axıb və sudan kənarda nələr var?
–Sudan qıraqda da yer olar? Biz indiyə
qədər sudan başqa heç yeri görməmişik. Ha, ha, ha! sən dəli
olubsan, nədir?!
Balaca Qara Balığı da gülmək tutdu.
Fikirləşdi ki, çömçəquyruqları başa salmadan çıxıb getsin .
Sonra belə qərarə gəldi ki, onların anaları ilə də bir-iki
kələmə danışsın.
–Ananız haradadır?
Bu zaman Qurbağanın gur səsi onu
diksindirdi. Qurbağa gölməçənin qırağındakı, iri daşın üstündə
ötürmüşdü. Suya baş vurdu, gəlib Balığın qarşısında dayandı:
–Mən buradayam, –dedi, –qulluq?!
–Möhtərəm xanım salam!
–Ey əsl–nəcabətsiz vücud! Nə əllaməlik
edirsən? Bunları uşaq görüb axmaq-axmaq danışırsan? Bir belə ömr
eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir.
Yaxşı olar ki, işinin dalısınca
gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan.
–Yuz ildə ömr eləsən, yenə geri
qalmış, nadan qurbağa kimi qalacaqsan!
Qurbağa hirsləndi və Balaca Qara
Balığın üstünə cumdu. Bu zaman gölməçənin dibi bir-birinə
qarışdı. Balaca Balıq aldığı təkandan dığırlandı, özünü dərədən
axan enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından
baxanda dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı. Dərənin bir
yerində dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə
bölürdü. Iri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin
hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən
iri, yumuru Xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək
istəyən Balaca Balığın gözləri xərçəngə sataşdı. O, bərk qorxdu
və uzaqdan xərçəngə salam verdi. xərçəng Balaca Balığı görüncə:
–Nə ədəbli Balıqsan, –dedi, –gəl
qabağa. Balaca, gabağa gəl!
Balaca Balıq:
–mən dünyanı gəzməyə gedirəm,–deyə
xərçəngə cavab verdi, canabınızın yeminə çevirilmək istəmirəm!
–Niyə belə bədbinsən, qorxaqsan,
Balaca Balıq?
–Nə bədbinəm, nə də qorxaq.
Gördüklərimi deyirəm.
Çox yaxşı, indi de görüm gözlərin nə
gördü və əqlin nə kəsdi ki, səni ovlayacağımı xəyalına gətirdin?
–Özünü bilməməzliyə vurma!
–Bilirəm, Qurbağanın hərəkətlərinə
işarə edirsən. Lap uşaqsanmış ki, baba! Qurbağalarla aram
olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki,
dünyanın yeganə məxluqlarıdılar və hamıdan xoşbəxtdilər.
Istəyirəm onları başa salam ki, dünya kimin əlindədir. Sən isə
qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng bu sözləri deyib yanlarını
basa-basa Balaca Balığa tərəf yeridi.
Xərçəng elə gülməli yeriyirdi ki,
Balığı ixtiyarsiz olaraq gülmək tutdu.
–Ay yazıq,–dedi,–sən heç yeriməyi də
bacarmırsan. Hardan bilirsən dünya kimin əlindədir?!
Balaca Balıq xərçəngdən aralandı. Bu
zaman suyun üzərinə kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng
səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngi bu halını görən
Kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün.
Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi.
Balaca Balıq gördü ki, suyun kənarında
balaca bir çoban dayanıb ona və Xərçəngə tamaşa edir. Qoyun-keçi
sürüsü də suya yaxınlaşdı. "Mə-mə! Bə-bə!" səsləri dərəni
başlarına götürdü.
Balaca Balıq sürünü su içib qurtarana
qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyin:
–Kərtənkələcan,–dedi,–mən arxın
qurtaracağını axtarmağa gedən Balaca Qara Balığam. Sən bilikli,
zəkalı heyvasan. Buna görə də səndən bə’zi şeyləri soruşmaq
istəyirim.
–Xətrin hər nə istəyir, soruş.
–Yolda məni nərə balıqla, saqqa quşu
ilə, Balıqudan quşla çox qorxudublar. Bunlar haqqında bir şey
bilirsənsə mənə de!
Kərtənkələ dedi:
–Nərə balıqlar və Balıqudanlar bu
tərəflərdə tapılmazlar. Xüsüsilə Nərə balıqlar. Çünki onlar
dənnizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə rast
gəlmək olar. Məbada aldanıb kisəsinin içərisinə girərsən.
Kisə nədir? –Balaca Balıq onun sözünü
kəsib soruşdu.
–Saqqa quşunun boğazının altında xeyli
sututan kisə var. Bə’zən təcrübəsiz, xam balıqlar suda üzən
quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox
olanda balıqları kisəsində ehtiyat saxlayır.
–Deməli, onun qarnına gedəndən sonra
xilas olmaq üçün çarə yolu yoxdur?
–Yoxdur. kisəni parçalamaqdan başqa
heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Saqqa quşunun
çənginə düşən dediyim kimi edərsən.
Kərtənkələ qayadakı yarığa sürünüb
xəncərlə qayıdı. Balaca Balıq xəncəri alıb dedi:
–Kərtənkələ, sən çox mehribansan,
bilmirəm sənə necə təşəkkür edim?
–Canım təşəkkür nəyə lazımdır, mənim
belə xəncərim çoxdur, sənin kimi ağıllı balıqlara bağışlayıram.
–Məgər məndən qabaq da buradan keçən
olub?
––Çoxları keçib. Indi onlar özləri
üçün böyük dəstə düzəldiblər...
Kərtənkələ bunları deyib qulağını
daşdakı yarığa dayadı:
–Di, sağ ol,–dedi,–balalarım yuxudan
ayıldığı üçün getməliyəm.
Kərtənkələ yarığa girdi. Balaca Balaca
Balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-özünə sual verirdi:
"Doğurdanmı arx dənizə tökülür? Saqqa quşun gücü elə mənə
çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliki var? "
Balaca Balıq üzə-üzə gedir və
fikirləşirdi. Yolboyu taza şeylər görür, öyrənirdi. şəlalənin
başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində
günəşin hərarətini hiss edir və möhkəmlənirdi.
O, sonra elə bir yerə çatdı ki, burada
dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca
Balıq suyun çoxlamasından ləzzət alırdı. Xeyli gedəndən sonra o,
çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq
görməmişdi. Bir neçə Rizə balıq onu dövrəyə aldı və soruşdu:
–Elə bil qəribsiniz?
–Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.
Rizə balıqlar dedilər:
Hara getmək fikrindəsən?
–Arxın qurtardığı yeri tapmağa
gedirəm.
Hansı arxın?
–Biz buna arx yox, çay deyirik.
Balaca Balıq heç nə demədi. Rizə
balıqlardan biri dilləndi:
–Xəbərin var ki, Saqqa quşu yolu
kəsib?
–Xəbərim var bilirəm...
Başqa bir rizə balıq soruşdu:
–Onu da bilirsən ki, Saqqa quşunun nə
geniş kissəsi var?
–Onu da bilirəm.
–Bunları bilə-bilə yenə getmək
fikrindəsən?
–Bəli, bütün bunları bilirəm və
getməliyəm.
Balıqlar arasında səs yayıldı ki, uzaq
yollardan gəlmiş Balaca Qara Baliq çayın qurtaracağını tapmaq
istəyir və Saqqa quşundan da qorxmur.
Rizə balıqlardan bir neçəsi Balaca
Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan
səslərini çıxartmadılar. Hətta onların bir neçəsi Balaca Qara
balığa yanaşıb qımıldandı.
–Saqqa quşu olmasaydı biz də səninlə
gedərdik...
Çayın qırağında bir kənd var idi.
Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar
yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdi
və uşaqların islanmışbədənlərinə tamaşa etdi, sonra yola
düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına
girib yatdi. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər
yeri işıqlandırır.
Balaca Balıq ayı çox istəyirdi.
Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kələmə
danışmaq həsrətindəydi. Amma hər dəfə anası ayılıb onu yuvasına
dartar və yenidən yatırdardı.Bu dəfə Balaca Balıq Ayın qarşısına
çıxdı:
–Salam, ey mənim göyçək ayım!
Ay da Balaca Qara Balığı mehribanlıqla
qarşıladı:
–Salam, mənim Balaca Qara Balığım! Sən
hara, bura hara?
–Dünyanı səyahətə çıxmışam.
–Dünya çox böyükdür, sən hər yeri gəzə
bilməsən.
–Eybi yoxdur, bacardığım yerə qədər
gedəcəyəm.
–ürəyim çox istəyirdi ki, səhərə qədər
yanında qalam, amma böyük bir qara bulud mənə tərəf gəlir.
Qorxuram işığımın qabağını kəssin.
–Ey qəşəng Ay, sənin işığını çox
sevirəm. ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.
–Mənim Balığım, düzünü axtarsan mənim
işığım yoxdur, işığı mənə Günəş verir, Mən də onu yerə Saçıram.
Bilirsənmi ki, adamlar yaxın gələcəkdə
uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar?
–Bu mümkün deyil!
–Düzdür, bu çox çətin işdir, ancaq
insan öz istədiyinə...
Ay sözünü qurtara bilmədi. Qara bulud
gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü. Qara balıq yenə də
tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisinə qaranlığa
baxdı. Sonra daşın altına çəkilib yatdı...Sub tezdən ayılanda
başının üstündə piç-piçla danışan bir neçə Rizə balıq gördü.
Onlar Qara Balığın yuxudan ayıldığını görüb dedilər:
–Sabahın xeyir!
Qara Balıq onları tanıdı:
–Sabahınız xeyir olsun!–dedi. Nəhayət,
ardımca gəlib, mən diyən yola düşdünüz?
Rizə balıqlardan biri:
–Bəli,–dedi,–ancaq hələ də qorxu
canımızdan çıxmayıb.
Bir başqa balıq :
–Saqqa quşunun fikri bizi rahat
buraxmır,–deyə diləndi.
Balaca Qara Balıq:
Siz çox fikirləşirsiniz. Hər şeyə
fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz deyil. Yola düşən
kimi qorxu bizi tərk edəcəkdir,–deyə cavab verdi.
Birlikdə yola düşmək istədilər.
Gördülər ki, dövrələrindəki su yuxarı qaxdı, başları üzərinə
örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmaqa imkan qalmadı.
Balaca Qara Balıq o saat başa düşdü ki, Saqqa quşunun kissəsinə
düşübdür.
Balaca Qara Balıq dedi:
–Dostlar, biz Saqqa quşunun kissəsinə
düşmüşük, lakın xilas olmaq üçün yol var.
Rizə balıqlar ağlayıb ah-zar etməkə
başladılar.
Artıq bizm qaçmaqa yolumuz yoxdur!
Təqsir səndədir. Bizi yoldan çıxardın!
–Indi bizim hamımızı " qurt " eləyib
udacaq.
Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu
Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi:
Rizə balıqlar necə də girimə geçib!
Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir, sizi
" qurt " eləyib udum. Ha! Ha! Ha! Ha!
Rizə balıqlar yalvarmaqa başladılar:
–Həzrəti-ağayi Saqqa quşu, sənin
tə’rifini çoxdan eşidmişik, lütf edib mübark dimdiyinizi bir
qədər aralasaydınız buradan xilas olub mübark vucudunuza duaçı
olardıq.
Saqqa quşu dedi:
–Mən hələ bu satt sizi " qurt " eləyib
udmaq fikrində dəyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir
qarnımın altına baxın.
Kisənin aşaqı hissəsində iylənmiş bir
neçə Rizə balıq var idi.
Rizə balıqlar bir səslə dedylər:
–Həzrət-ağayi Saqqa quşu, bizim
günahimiz yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxardıb...
Balaca Balıq:
–Qorxaqlar!–dedi. –Siz elə xiyal
edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdilik edib sizi
buraxacaq?
Rizə balıqlar qorxuya düşüb dedilər:
–Heç, nə danşdığını da bilmirsən. Indi
görəsən ki, həzrəti-ağayi Saqqa quşu bizi necə bağışlayacaq və
səni necə " qurt " eləyəcəkdir!
Saqqa quşu dilləndi:
–Doğurdur, sizi bağışlayram, ancaq bir
şərtlə!
–şərtinizi buyurun, qurban!
–Azadlığınızı bu boşboğaz balıqı
öldürməklə əldə edə bilərsiniz.
Balaca Qara Balıq bir qədər dalı
çəkilib Rizə balıqlara:
–Innanmayın,–dedi,–bu hiləgər bizi
bir-birimizin canına salmaq istəyi, mənim başqa fikrim var!...
Rizə balıqlar azadlığa çıxmaq istəyi
ilə Balaca Qara Balığın dediklərinə qulaq asmadılar, qalxıb onun
üstünə düşdülər. Balaca Balıq yavaş-yavaş arxaya çəkilib:
–Qorxaqlar!–dedi,–Hər halda girə
düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki, gügünüz
çatmaz!
–Biz azadlıqa çıxmaq istəyirik, onun
üçün də səni öldürməliyik!
–Ağlınızı başınıza yığın! Məni
öldürsəniz də qaçmaq üçün yol tapa bilmiyəcəksiniz. Hiləgər quşa
inanmayın!
–Sən əsla bizim fikrimizi çəkmirsən,
bu sözləri öz canını qurtarmaq ücün deyirsən!
–Elə isə qulaq asın, sizə nəcat yolu
göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində
gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkdirmi?!
Əgər sözümə qulaq asmasanız bu
xəncərlə hamınızı qıraraq, quşun da kissəsini parçalayıb
çıxaram. Siz isə ...
Rizə balıqlardan biri onun sözün
kəsib:
–Daha bəsdir!–dedi,–mən bu sözlərə
inanmaq istəmirəm. –O, bu sözləri deyə-deyə ağlamağa başladı.
Balaca Qara Balıq onun ağladığını
görüb dedi:
–Bu anasının naz-naz balasını niyə
yanınıza salıb gətiribsiniz?
O, xəncərini çıxarıb balıqların üstünə
cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca Qara Balığın təklifini
qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar.
Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı
qalxdılar:
–Həzrəti-ağayi Saqqa
quşu,–dedilər,–füzül Qara Balığı öldürdük.
Quş güldü:
–Çox yaxşı iş gördünüz,–dedi,–bunun
əvəzinə sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz
qədər gəzərsiniz.
Rizə balıqlar macal tapmamış bir
andaca Saqqa quşu onları uddu. Qara Balıq istə cəld xəncərini
çəkib mökəm zərbə ilə quşun kisəsini yırtıdı və deşikdən çıxıb
qaçdı.
Saqqa quşu aldığı zərbənin ağrısından
fəryad qopardı, başını suya salıb Balaca Qara Balığı yenidən
tutmaq istədi. Lakin gücü çatmadı...
Günorta idi. Artıg nə dağ görünürdü,
nə dərə . Çay axıb gebiş düzənikdən keçirdi. Çayın sağ-solundan
tökülən kiçik çaylar onun suyunu qat-qat artırıdı. Balaca Qara
Balıq suyun çoxluğundan ləzət alırdı. Birdən ayılıb gördü ki,
suyun dibi görünmür. O yan-bu yana baş vurdu, heç yana çıxa
bilmədi. Az qala qərq olmuşdu. ürəyi istədiyi qədər üzəndən
sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda mirvari
dişləri olan uzun bir heyvan ildırım sür’ət ilə ona hücum edir.
Balaca Qara Balıq hiss etdi ki, heyvan o satt onu parça-parça
edəcəkdir. Çapalayıb tez suyun üzərinə qalxdı . Bir mütdətdən
sonra suyun altına endi. Yolun yarısında minlərə balıq dəstəsinə
rast gəldi. Onlardan birini saxlayıb soruşdu:
–Qardaş, qəribəm , uzaq-uzaq yerlərdən
gəlirəm. Deyin görüm bura haradır?
O dönüb Balaca Qara Balığa dedi
:–Qardaş bizim dənizə xoş gəlibsən!
Balıqlardan biri dedi:
–Bütün çaylar və arxlar bura tökülür.
Başqa bir balıq isə:
–Indi get bir az gəz. Suyun üzünə
çıxmaq istəsən Balıqudandan ehtiyatlı ol. Bu günlər o heç kəsdən
qorxmur. Hər gün dörd-beş balıq ovlanmasa yaxamızdan əl
çəkmir,–dedi.
Balaca Balıq dəniz balıqlarının
dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az sonra dənizin
üstünə çıxdı. Indi o, qızmar günəşin yandırıcı hərarətini öz
kürəyində hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə
deyirdi: << Bu saat ölüm çox asanlıqla mənim sorağıma gələ
bilər. Yaşamağa qadir olduğum halda onu özümə yaxın
buraxmamalıyam >>
Balaca Qara Balıq fikir və
düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb
apardı. Balaca Balıq Balıqudanın uzun dimdikləri arasında
çapalasa da özünü xilas edə bilmədi. Balıqudan dimdiyi ilə onun
belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər
tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala
bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına
getməyə razı idi, axı, orada ki, nəmişlikdən istifadə edə
bilərdi. Buna görə Balıqudana dedi:
–Nə ücün məni sağ-sağ udmursan? Mən o,
balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər.
Balıudan heç nə deməyib fikrə getdi:
<< Ay hoqqabaz, istəyirsən məni
dilləndirib aradan çıxasan? >>
Sahil getdikcə yaxınlaşırdır. Balaca
Qara Balıq << quruya çatsaq daha iş bitdi>> deyə düşündü və
nəhayət Balıqudana dedi:
–Bilirəm məni balaların üçün
aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər
kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!
Balıqudan bir anlıq fikrə getdi: <<
Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yerim,
balalarım üçün isə başqa balıq tutum... Birdən bu, bir kələk
işlədər... Yox, canım, heç bir kələk işlədə bilməz >>. Sora
gördü ki, Qara Balıq sustalıb candan düşür. Öz-özünə dedi:
<< Deyəsən öldü, artıq onu özüm də
yeyə bilmərəm >>. Zərif və yumuşaq balığı yeməkdən ehtiyat
elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini müəyyən
etmək istədi. Düşündü ki, yarımcandırsa yesin, ölübsə ...
Dimdiklərini aralayan kimi Qara Balıq onun ağzından xilas oldu.
Balıqudan aldandığını görüb, Balaca Qara Balığı tə’qib etdi.
Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı düşür,
ağzını açıb dənizin rütübətli havasını udurdu. Nəhayət suya
düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sür’əti
ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də
Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə
gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq
və rütübətlidir, çıxış yolu isə yoxdur. Elə ki, gözləri
qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə balıq gördü.
Yaxınlaşıb ona nəsihət verdi:
–Qalx ayağa, ay balaca ! Başına çarə
qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey
çıxmaz.
Rizə balıq soruşdu:
–Sən kimsən? Məgər görmürsən get-gedə
məhv olaram? Ana... Ay ana, hardasan, imdadıma çat! Daha mən
səni görə bilmiyəcəyəm, ana!
Balaca Qara Balıq:
–Daha bəsdir, canım,–dedi,–sən bütün
balıqları rüsvay elədin.
Rizə balıq ağlamağına ara verən kimi
Balaca Qara Balıq dedi:
–Mən balıqudanı öldürüb bütün
balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas
edəndən sonra bunu həyata keçirmək istəyirəm.
–Sən özün ölümlə əlbəyaxasan.
Balıqudanı necə öldürə bilərsən?
Balaca Qara Balıq xəncərini göstərib
dedi:
– Bunla onun qarnını cıracağm. Hələlik
mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında o
tərəf-bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o
məni məsxəriyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki,
dimdiklərini açıb gülməyə başladı, cəls özünü bayıra at.
–Bəs sən?
–Mənim fikrimi çəkmə. Bu bədcinsi
öldürməmiş bayıra çıxası deyiləm.
Balaca qara Balıq bu sözləri deyib
Balıqudanın qarnında o tərəf-bu tərəfə var-gəl etməyə başladı.
Rizə balıq isə onun ağzından bayıra atıldı və suya düşdü. Çox
gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan
havada mayallaq vurub fəryad qoparır...Nəhayət, o müvazinətini
itirib şappıltı ilə suya düşdü, yenə bir qədər çapalayandan
sonra taqətdən düşdü. Lakin Balaca Qara Balıqdan yenə də xəbər
çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdu.
Burada Qoca Balıq nağılını bitirdi.
üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə
tutub dedi:
–Daha yatmaq vaxtıdır, balalarım,
gedin yatın!
Nəvə-nəticələri ondan soruşdular:
–Nənəcan, axı sən Balaca Qara Balığın
başına sonra nələr gəldiyinı demədin?
Qoca Balıq dedi:
–O da sabahkı gecəyə qalsın,
balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!
On bir min doqquz yüz doxsan doqquz bala Balıq bir ağızdan:
–Gecəniz xeyrə qalsın!–dedi və yatmağa getdi. Nənəni də yuxu
apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa yata bilmədi.
Sübhədək dəniz barədə fikirləşdi...